...

Azərbaycanda yeni neft-kimya məhsulunun satışı üçün normativ sənəd hazırlanıb

Energetika Materials 5 Mart 2009 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir E.İsmayılov /

"Yusif Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutunun Neft və Neft-Kimya Məhsullarının Standartlaşdırma Laboratoriyası Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) istehsal olunan naften turşuları üçün normativ sənəd hazırlayıb", - Laboratoriyanın rəhbəri Qasım Qasımov deyib.  

Naften turşularından polimerlərin, boya əvəzedicilərin və kauçukun əridilməsində, antiseptik vasitə kimi mətbəə boyalarına və mühərrik yanacağına əlavə kimi istifadə edilir.

"Naften turşularının alıcılara təqdim edilməsi məqsədi ilə biz SOCAR-la razılaşma mərhələsində olan normativ sənəd hazırlamışıq", - Qasımov bildirib.

Sənəd sözügedən məhsulun istehsalı üçün vacib olan bütün göstəriciləri əks etdirir.  

Qasımovun sözlərinə əsasən, naften turşuları NEZ-də dizel və reaktiv yanacağın qələvilərlə emalı zamanı yaranır.

Naften turşuları neftin tərkibində olsa da, miqdarı çox az olur (bir kütlədə 0,01- 3% civarında təşkil edir).

Naften turşuları ilə Azərbaycan nefti (1,7%-ə qədər), Venesuela neftinin bəzi növləri, Rumıniya və ABŞ neftləri zəngindirlər. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti