...

SOCAR-ın təşkil etdiyi iməcilikdə şirkətin 35 min işçisi iştirak edib

Energetika Materials 7 Mart 2009 14:51 (UTC +04:00)
SOCAR-ın təşkil etdiyi iməcilikdə şirkətin 35 min işçisi iştirak edib

Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir E.İsmayılov /

"Bu gün SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) ekoloji layihələrin həyata keçirilməsi çərçivəsində təşkil etdiyi iməcilikdə şirkətin 35 min işçisi iştirak edib", - şənbə günü SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

"Ekologiya məsələləri şirkət üçün prioritetlərdən biridir. Biz böyük ekoloji layihələr həyata keçiririk və bu layihələr çərçivəsində şirkətin bütün müəssisələri yazda iməciliklər təşkil edir. Bu gün iməcilikdə bizim şirkətin 35 min işçisi iştirak edir", - Abdullayev bildirib.

SOCAR-ın keçirdiyi ekoloji proqramlar yalnız torpağın təmizlənməsi və rekultivasiyasını nəzərdə tutmur. Bu proqramlar özündə bir çox məsələlərin geniş spektrini ehtiva edir ki, onlardan biri də neft-qaz yataqlarının işlənməsi prosesində üzə çıxan təbəqə sularından istifadə olunması məsələsinin həllidir. "Bu suları axıtmamaq üçün biz onlardan istifadə edir və onların yenidən təbəqələrə vurulmasını təmin edirik. Bu işlərin böyük hissəsi yerinə yetirilib və bir çox yataqlarda həmin işlər artıq həyata keçirilib", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, icrasına artıq başlanmış və hazırda da davam etdirilən ekoloji proqramların realizəsi gələcəkdə də davam etdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti