...

Qazaxıstanda hasil edilən qaz bölüşdürülüb – nazir

Energetika Materials 10 Mart 2009 17:45 (UTC +04:00)

Qazaxıstan, Astana, 10 mart / Trend , müxbir K.Arınova /

Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Sauat Mınbayevin Astanada jurnalistlərə dediyinə görə, Qazaxıstanın hasil etdiyi qazın hamısı bölüşdürülüb. 

"Demək olmaz ki, bizdə qaz var. Çünki bizdə olan təbii qazın hamısı hesablanılıb və bölüşdürülüb. Hazırda əlavə qaz ehtiyatımız yoxdur", - Mınbayev deyib.  

Onun sözlərinə əsasən, ölkədə elə vəziyyət yaranıb ki, söhbət hasil olunan qazı çıxmaq şərti ilə bir çox layihələrdən gedə bilər.

"Sadəcə olaraq indi qazın ümumi balansından asılı olmayaraq bir çox layihələr təklif olunur. Biz ümidvarıq ki, qazın əksər hissəsi gələcəkdə tikiləcək Beyney-Bozoy-Samsonovka boru kəməri ilə axacaq. Bu isə ehtiyat saxlayıcılarla hələ çox işləməli olacağımızı göstərir", - Mınbayev əlavə edib.  

Gələcəkdə Atırauda istifadəyə veriləcək qaz-kimya kompleksi üçün qaz varmı sualını nazir belə cavablandırıb: "Qaz-kimya kompleksi üçün nəzərdə tutulan qaz balansa oturub və kompleksin qazla təchiz olunması üçün "Tenqizşevroyl"la (TŞO) müqavilə imzalanıb".  

Atıraudakı qaz-kimya kompleksi üçün qaz təchizatının həcmi barədə danışıqlar Qazaxıstan hökuməti ilə TŞO arasında uzun illər sürüb. Məsələ ondadır ki, neft hasilatı zamanı onunla yanaşı çıxan qaz yenidən laya qaytarılır və bunun hesabına neft hasilatının həcmi artır. Bundan əlavə, Tenqiz qazı tərkibinə görə Atıraudakı qaz-kimya konpleksi üçün ən əlverişli qazdır.  

"Qazaxıstan Baş nazirinin göstərişinə əsasən, qaz sahəsinin inkişafı barədə layihənin fəaliyyət planı üzrə işlər aparılır", - Mınbayev əlavə edib.

Aprel ayının ortalarında Qazaxıstanın qaz siyasəti barədə hesabat dinləniləcək.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti