...

Neft qiymətlərinin artması investisiyaların təşviqi üçün əhəmiyyətli şərtdir - ENI şirkətinin baş direktoru

Energetika Materials 20 Mart 2009 08:34 (UTC +04:00)

Avstriya, Vyana, 20 marta / Trend müxbir A.Ələsgərov/ Vyanada OPEK-in dördüncü seminarı başa çatıb. "Neft: gələcək sabitlik və dayanıqlıq" mövzusunda keçirilən seminarda enerji sektorundakı sabitliyin təminatı və dünya bazarlarında neft qiymətlərinin əmələ gəlməsi problemi müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan OPEK-in baş katibi Abdulla El-Badri bildirib ki, qurumun 152-ci iclasında neft hasilatı kvotasını dəyişməmək haqda qərar qəbul edilib. Lakin 40 - 50 dollar civarında dəyişən qiymət OPEK üçün qənaətbəxş deyil. Öz növbəsində Beynəlxalq enerji agentliyinin rəhbəri Nabuo Tanaka qeyd edib ki, araşdırmalara əsasən dünyada neftə tələbatın artacağı gözlənilir və bu üzdən də neft sənayesinə investisiya yatırmaq olduqca önəmlidir.
Tədbirdə müxtəlif ölkələrdən otuzdan çox nazir, habelə beynəlxalq şirkətlərin direktorları iştirak edib. ENI S.p.A baş direktoru Paolo Skaroni qeyd edib ki, neft qiymətlərinin artması bu sektora investisiyaların təşviqi üçün əhəmiyyət kəsb edən bir şərtdir. Onun fikrincə, neftin qiyməti 60 - 70 dollar səviyyəsində, ən azı 60 dollar civarında olmalıdır. "Dünya iqtisadiyatının inkişafı üçün neftin qiymət 70 - 80 dollar (bir barel) səviyyəsində olmalıdır" - deyə o vurğulayıb.     
Trend -ın müxbirinə ARDNŞ-in Avstriyadakı nümayəndəliyində bildiriblər ki, ölkəmizi bu tədbirdə  sənaye və energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, habelə Azərbaycanın Vyanadakı səfiri Fuad İsmayılov və ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin direktoru Gülmirzə Cavadov təmsil edib.

Xəbər lenti

Xəbər lenti