...

Almaniyanın "Nabukko" qaz kəməri layihəsi üzrə mövqeyi Belçikaya məlum deyil – senator

Energetika Materials 31 Mart 2009 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir C.Babayeva /

"Nabukko" qaz kəməri layihəsinin səmərəliliyi Belçika parlamentində müzakirə olunacaq. Bu barədə Belçikanın senatoru Tilmans Dominik çərşənbə axşamı mətbuat konfransında bildirib.

"Almaniyanın "Nabukko" layihəsinin həyata keçirilməsi əleyhinə olması barədə məlumat mövcuddur. Belçika parlamenti AFR-in bu mövqeyinin səbəblərini öyrənmək niyyətindədir", - deyə Dominik bildirib.

"Parlament bu layihənin səmərəliliyini Avropa cəmiyyətinin diqqətinə çatdırmaq istəyir", - deyə parlament üzvü bildirib.

Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə, ilk tədarük isə 2014-cü ilə təyin edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti