...

Bu il Azərbaycanda yeni su elektrik stansiyasının tikintisinə başlanılacaq – "Azərenerji"nin rəhbəri

Energetika Materials 17 Aprel 2009 13:24 (UTC +04:00)
Bu il Azərbaycanda yeni su elektrik stansiyasının tikintisinə başlanılacaq – "Azərenerji"nin rəhbəri

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir E.İsmayılov /

Bu il "Azərenerji" SC (Azərbaycanda elektrik enerjisi istehsalçsı və paylayıcısı) respublikanın Füzuli rayonunda 25 meqavatt gücündə yeni su elektrik stansiyasının tikintisinə başlamağı planlaşdırır. Bu barədə cümə günü SC-nin prezidenti Etibar Pirverdiyev Yeni Azərbaycan Paytiyasının baş qərargahında keçirilən mətbuat konfransında bildirib.  

Bu layihənin reallaşdırılmasının ümumi dəyəri təqribən 50 mln. avro təşkil edir.

"Biz artıq bu layihənin maliyyələşdirilməsi üçün Maliyyə Nazirliyinə müraciət etmişik", - Pirverdiyev deyib.

O bildirib ki, bu məbləğin təqribən yarısı bu il, qalan hissəsi isə gələn il ayrılacaq.

Pirverdiyevin sözlərinə görə, SC Sumqayıtda 517 meqavatt gücündə yeni buxar-qaz qurğusunun tikintisi üzrə işləri başa çatdırıb. Hazırda stansiyada sazlama işləri aparılır. Onun bu il istismara verilməsi planlaşdırılır.

Bu il Azərbaycanın Quba rayonunda 105 meqavatt gücündə stansiya da istifadəyə veriləcək.

O, "Leze" dağ-xizək idman kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulub. Stansiya həmçinin ölkənin Quba və Qusar rayonlarının enenrji təminatını yaxşılaşdıracaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti