...

Azərbaycanda azot istehsalı artıb

Energetika Materials 23 Aprel 2009 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend /

"Yanvar-mart aylarında "Azərkimya" dövlət şirkəti üç milyon kubmetr azot istehsal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,1 faiz çoxdur", - Azərbaycan Dövlət Statistika Komitəsindən deyilib.

Komitədən verilən məlumata görə, polietilen, izopropil spirti və lak-boya məmulatlarının istehsalı birinci rübdə azalıb. Xlor oksidi yanvar-mart aylarında istehsal olunmayıb.

Aparıcı kimyəvi məhsulların 2009-cu ilin yanvar-mart aylarında istehsal cədvəli:

Məhsul

İstehsal 2009 yanvar-mart

2008-ci ilin analoji dövrü ilə müqayisədə

Azot (mln.kubm.)

3

114,1

Polietilen (min ton)

2,5

15,2

İzopropil spirti (min ton)

1

18

Lak-boya məmulatları (ton)

0,4

95,3

Xlor oksidi (min ton)

0

0

Xəbər lenti

Xəbər lenti