...

SOCAR yeni iri layihənin reallaşdırılmasına hazırlaşır

Energetika Materials 1 May 2009 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir E.İsmayılov /

Bu gün Baghlan Group FZCO şirkəti (BƏƏ) SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Bakının Buzovna qəsəbəsi ərazisində neftlə çirklənmiş ərazilərin təmizlənməsi və neftin bərpası" layihəsini, eləcə də layihə çərçivəsində təkliflər paketini təqdim edəcək. SOCAR-dakı mənbə məlumat verib. Layihənin təfərrüatı barədə mənbə məlumat verməyib.

Bir müddət öncə SOCAR nümayəndələri ilə görüş zamanı layihə üzrə əlaqələndirici Con Qoçç deyib ki, layihə çərçivəsində Z.Tağıyev adına Neft-Qaz Emalı İdarəsinin ərazisində 38,6 hektar ərazi götürülüb və ərazinin topoqrafik xəritəsi hazırlanıb.

Bəzi ərazilərdə çirklənmə səviyyəsi 8,7 metr dərinliyə çatır. Sözügedən ərazi orada kifayət qədər neft çənləri, neft kəmərləri və nasoslarının olmasına görə seçilib. Layihənin hər iki tərəfə xeyir gətirəcəyi proqnozlaşdırılır.

"Layihə iqtisadi baxımdan səmərəlidir. Ekoloji nöqteyi nəzərdən isə ərazi tamamilə təmizlənəcək və gələcəkdə kənd təsərrüfatı məqsədlərindən ötrü istifadə edilə bilər", - Qoçç deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti