...

İrana benzin idxalının həcminin azaldılması ölkə iqtisadiyyatına ciddi ziyan vuracaq – ekspertlər

Energetika Materials 22 May 2009 10:57 (UTC +04:00)
İrana benzin idxalının həcminin azaldılması ölkə iqtisadiyyatına ciddi ziyan vuracaq – ekspertlər

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir А.Bədəlova, Т.Cəfərov /

İdanda benzin satışına sanksiyalar tətbiq olunacağı halda ölkə iqtisadiyyatına ciddi ziyan dəyəcək.

"Sanksiyaların tətbiqi tədarük həcmlərini azaldacaq ki, bu da nəinki iqtisadiyyat, həm də ölkədəki yaşayış tərzinə təsir edəcək", - Trend -a elektron poçtla İtaliyanın Bruno Leoni İnstitunun enerji departamentinin direktoru Karlo Stanyaro deyib. 

ABŞ Konqresində iki ay əvvəl İrana benzin satan şirkətlərə sanksiyalar tətbiq olunması məsələsi ilə bağlı müzakirələrə başlanılıb. Bu, Tehranın nüvə proqramını inkişaf etdirməsinin qarşısını almaq üçün növbəti tədbirdir. Buna cavab olaraq İranın neft naziri Qulamhuseyn Nəzəri bu həftə bildirib ki, "ölkə bu sanksiyaları alqışlayır". Onun sözlərinə görə, Fars körfəzində neft-emalı zavodu tikməklə İran sutkada 35 milyon litr benzin istehsal edəcək və onu idxal etməyəcək.

Stanyaronun fikrincə, idxaldan imtina etmək İranın maraqlarına uyğun deyil. "Qiymət səviyyəsi üzərində mövcud nəzarəti nəzərə alaraq, bu addım istehlakın ən yaxşı balans şəklini əldə etmək üçün heç də səmərəli üsul deyil", - o hesab edir.

"Görünən odur ki, Tehran təhlükəli oyun oynayır. İran kimi başqa ölkələr də sülh münasibətlərinin qurulmasında maraqlıdır. Bəzən Qərb həddindən artıq tələbkarlıq edir, ancaq İran da bəzi xoşməramlılıq əlamətləri nümayiş etdirməlidir", - Stanyaro hesab edir.

"Yəqin ki, İran sanksiyalar rəsmi şəkildə tətbiq olunan kimi plana uyğun olaraq, ölkədə istehsal olunan benzinin verilməsində ciddi normalaşdırmağa başlayacaq", - Trend -a elektron poçtla ABŞ universitetində neft və neft-kimya üzrə amerikalı professor Muhammad Sahimi deyib.

Onun sözlərinə görə, bu tədbirin qısamüddətli xarakter daşımasını nəzərə alsaq, bu, İranın böyük əhalisinin problemlərini həll etməyəcək. "Birincisi, sanksiyalar davam etdirilərsə, İran iqtisadiyyatına ciddi zərər dəyəcək, ikincisi, normalama əhalinin narazılığını kütləvi şəkildə böyüdəcək", - Sahimi bildirib.            

"İranın benzin probleminin yeganə uzunmüddətli həlli yolu ondan səmərəli istifadə olunmasıdır", - Sahimi hesab edir. Bununla yanaşı, onun sözlərinə görə, ölkə daxilində istehsal olunan və subsidiyalaşdırılmış benzinin daha yüksək qiymətə alındığı qonşu ölkələrə kontrabandanın qarşısını almaq, həmçinin ölkənin istehsal gücünü xeyli artırmaq vacibdir. Bunlar isə böyük sərmayələr tələb edir.

Amerikanın Energy Security Analysis (ESAI) analitik şirkətinin eksperti Endryu Ridin fikrincə, İran hələ uzun müddət benzin idxalçısı olaraq qalacaq. "İranın benzin idxalına ehtiyacı var", - Rid hesab edir. "Yanacaq çatışmazlığı ölkədə ictimai narazılıq doğuracaq", - Trend -a elektron poçtla Rid deyib.

Onun fikrincə, bundan başqa İranın emal gücü ölkənin daxili tələbatını ödəmək üçün yetərli deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti