...

Azərbaycan neftinin qiyməti: 18-22 may həftəsinin yekunları

Energetika Materials 25 May 2009 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /   Trend , müxbir A.Bədəlova /

18-22 may həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $59,84/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,84/barr çoxdur.

18-22 may həftəsində AZERI LT neftinin maksimal qiyməti $61,1/barr, minimal qiyməti isə $58,05/barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

18-22 may həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $56,87/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,97/barr çoxdur.

18-22 may həftəsində URALS neftinin maksimal qiyməti $58,18/barr, minimal qiymət isə $54,66/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

18-22 may həftəsində Brent Dated neftinin orta qiyməti $57,77/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,25/barr çoxdur. 

Ötən həftə Brent neftinin maksimal qiyməti $58,98/barr, minimal qiymət isə $56,3/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti