...

Payızda SOCAR Azərbaycanda ilk YDS-ləri açacaq

Energetika Materials 5 İyun 2009 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müx. E.İsmayılov /

Payızda SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) öz brendi ilə 9 yanacaq doldurma stansiyasını (YDS) istismara verməyi planlaşdırır, SOCAR-ın yüksək vəzifəli nümayəndəsi bildirb.

"Mən deyə bilərəm ki, 9 obyektdə artıq tikinti işləri başlayıb və biz bu stansiyaları sentyabr-oktyabrda və ya Neftçilər günündə (20 sentyabr) istismara vermək istəyirik", - SOCAR-ın nümayəndəsi bildirib.

Bu layihənin həyata keçirilməsi üçün SOCAR Petroleum müştərək müəssisəsi (SOCAR və AP Petroleum) yaradılıb. SOCAR MM-də 51 faiz pay iştirakına malikdir, qalan hissə Amerika şirkəti A.P. İnternational LLC-yə məxsusdur. Şirkətin nizamnamə kapitalı SOCAR tərəfindən sərmayə edilib və 10 milyon dollar təşkil edir. MM Azərbaycanda distribütorluq fəliyyəti ilə məşğul olacaq.

"Cari inkişaf planına görə, ilkin mərhələdə 26 yanacaq doldurma stansiyasının açılması planlaşdırılır, lakin gələcəkdə ümumi inkişafı nəzərə almaqla onların sayı artırılacaq", - mənbə bildirib.

Əvvələr SOCAR-ın digər nümayəndəsinin bildirdiyi kimi, MM artıq fəaliyyət göstərir və kredit resursları və öz dövriyyəsi hesabına tədricən YDS-lərin tikintisini həyata keçirəcək.

Hazırda SOCAR Gürcüstanda YDS şəbəkəsinə malikdir və onların sayının yaxın illərdə 60-a çatdırılması nəzərdə tutulur.

Hazırda şirkət neft hasilatı ilə məşğul olur və məhsulu özünün iki neft emalı zavodunda (NEZ) emal edir. Emalın ümumi gücü 20 milyon ton təşkil edir. Hər il NEZ-da SOCAR-ın 6-7 milyon nefti emal olunur.

Məqalə müəllifi ilə əlaqə:[email protected]

Xəbər lenti

Xəbər lenti