...

Gaz de France Azərbaycanın böyük qaz layihəsinin iştirakçısı oldu

Energetika Materials 30 İyun 2009 14:10 (UTC +04:00)
Gaz de France Azərbaycanın böyük qaz layihəsinin iştirakçısı oldu

Azərbaycan, Bakı, 30 iyun / Trend /

Fransanın Gaz de France SUEZ (GDF/SUEZ) şirkəti Xəzərin Azərbaycan hissəsindəki  "Abşeron" perspektiv qaz blokunun kəşfiyyatı və işlənməsi layihəsində 20 faiz iştirak payı əldə edib, şirkətdən bildirilib.  

Blokun işlənməsi üzrə tərəfdaşların cari iştirak payı aşağıdakı kimidir: ARDNŞ - 40 faiz, Fransanın Total şirkəti - 40 faiz və  GDF/SUEZ - 20 faiz.

Üç il ərzində "Abşeron" blokunda 100 milyon dollar dəyərində bir kəşfiyyat quyusu qazılacaq. Quyunun layihə dərinliyi 6500 metrdən artıqdır. Qazıma ilin sonuna kimi başalana bilər.

Daha üç il ərzində iki qazıma quyusunun qazılması ehtimal olunur. "Abşeron" bloku Bakıdan 100 km uzaqlıqda, 500 metr dərinlikdə yerləşir.

Xəbər lenti

Xəbər lenti