...

"Nabukko" qaz qiymətlərini dəyişməyə kömək edə bilməyəcək - Aİ-nin enerji naziri

Energetika Materials 16 İyul 2009 17:34 (UTC +04:00)
"Nabukko" qaz qiymətlərini dəyişməyə kömək edə bilməyəcək - Aİ-nin enerji naziri

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir А.Bədəlova /

Avropa İttifaqının (Aİ) enerji naziri 2014-cü ildə istismara veriləcək və Avropada qaza olan tələbatın cəmi beş faizini təmin edəcək "Nabukko" kəmərinin qaz qiymətlərinə təsir etməyəcəyini düşünür.

"Qazprom" ("Nabukko"nun istismarından sonra) uduzmağa başlamayacaq, ancaq mən düşünürəm ki, şirkət rəqabəti hiss etməyə başlayacaq. Qiymətlərin dəyişəcəyini hesab etmirəm, amma qaz tədarükünün səviyyəsi artacaq", - enerji üzrə Avropa komissarı Andris Piebalqs öz rəsmi saytında yerləşdirdiyi bloqunda deyib.

Onun sözlərinə görə, qaz kəməri Avropada qaza olan tələbatın cəmi beş faizini ödəyəcək.

"Bu (beş faiz) elə çox olmasa da, bəzi ölkələr üçün əsl xilas olacaq. Polşadan Aralıq dənizinə qədər ölkələrin yalnız bir qaz tədarükü ümidi olub - "Qazprom". Nabukko isə əlavə mənbə olacaq", - Piebalqs hesab edir.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti