...

JPMorgan 2010-cu ildə neftin qiymətləri üzrə proqnozu artırıb

Energetika Materials 27 İyul 2009 18:42 (UTC +04:00)
Dünyada iri ABŞ banklarından biri JPMorhan 2010-cu ildə WTI Amerika yüngül neftinin orta qiymətini 67,5 dollar/barel proqnozlaşdırır ki, bu da bankın daha əvvəl proqnozlaşdırdığından 10 dollar çoxdur.

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir A.Bədəlova /

Dünyada iri ABŞ banklarından biri JPMorhan 2010-cu ildə WTI Amerika yüngül neftinin orta qiymətini 67,5 dollar/barel proqnozlaşdırır ki, bu da bankın daha əvvəl proqnozlaşdırdığından 10 dollar çoxdur.

Bankın analitiklərinin rpoqnozuna görə, gələn ilin üçüncü və dördüncü rübündə neftin bu növünün qiyməti maksimal səviyyəyə - 70 dollar/barelə çatacaq.

JPMorganın proqnozuna görə, 2009-cu ildə WTI-ın orta qiyməti 55,63 dollar/barel təşkil edəcək. Əvvəllər bank qiyməti 49,38 dollar/barel proqnozlaşdırırdı.

Neftin Şimal dənizi növü Brentin qiyməti, bankın analitiklərinin proqnozuna əsasən, 2009-cu ildə 55,5 dollar/barel, 2010-cu ildə isə 65,5 dollar/barel olacaq. Proqnoza görə, bu ilin 4-cü rübündə qiymət bir barel üçün 63 dollara çatacaq.

"Güman etməyə əsas var ki, hələ dünya iqtisadiyyatı zəif olan zaman, yəni ilk yarımildə müşahidə olunan neft qiymətinin sıçrayışı iqtisadiyyatın inkişafının artım tempinin bərpa olunması zamanı qiymətlərin daha mülayim dinamikliyinə gətirəcək", - JPMorganın analitikləri hesab edirlər. Neftin qiymətində tam stabillik, analitiklərin fikrincə, 2010-cu ilin ikinci yarısından sonra müşahidə olunacaq.

Keçən həftənin sonunda neftin Şimal dənizi növü Brentin qiyməti qeyd olunan 70 dollar/bareli ötüb. Ticarətin yekununa görə, cümə günü 24 iyulda London birjasında Brentə fyuçers müqaviləsi 1,7 dollar artaraq 70,32 dollar/barel olub.

Sentyabr fyuçers müqaviləsinin WTI neftinin qiyməti Nyu-York birjasında 0,89 dollar artaraq 68,05 dollar/barel olub.

Neft qiymətlərinə dəstəyi ABŞ-dakı gözləniləndən yüksək olan makroiqtisadi göstəricilər, həmçinin zəif dollar verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti