...

ARDNŞ "Azəriqaz"ın bazasında yeni struktur yaradıb

Energetika Materials 13 Avqust 2009 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / Trend /

Keçmiş "Azəriqaz" QSC-nin yenidən təşkil edilən doqquz müəssisəsi əsasında ARDNŞ "Azəriqaz" İstehsalat Birliyi yaradıb. Bu barədə cümə axşamı "Xalq qəzeti"ndəki elanda deyilir.

İstehsalat Birliyi "Azəriqaznəql" İB, "Yeraltı Qazsaxlama" İstehsalat İdarəsi, Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsi, "Təbii qazın qəbulu və satışı" MMC, "Naxçıvan Qaz" MMC, törəmə "Transport" SC, "Azəriqazsaxlama" Təmir-Tikinti İdarəsi və Azərbaycan Elmi-Tədqiqat və Qaz Layihə İnstitutu bazasında yaradılıb.

Elmi-Tədqiqat və NeftQazLayihə institutlarının ARDNŞ-yə birləşməsi ilə Neft-Qaz Elmi-Tədqiqat Layihə İnstitutu yaradılıb. Qaz əməliyyatları idarəsinin adı Qaz İxracı İdarəsi adlandırılıb.

Struktur dəyişiklikləri Azərbaycan Prezidenti İlham Əliyevin "Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" sərəcamına və "Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" fərmanına dəyişikliklərin edilməsinə müvafiq olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti