...

BP ilin birinci yarısında Azərbaycanın 145 milyon barel yüngül neftini hasil edib

Energetika Materials 18 Avqust 2009 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust / Trend /

Cari ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının işlənməsi layihəsinin operatoru olan BP şirkəti bu yataq blokunda təxminən 146 milyon barel (təxminən 20 milyon ton) neft hasil edib. Bu barədə BP şirkətinin birinci yarımil üzrə rəsmi hesabatında deyilir. Bu yataq blokunda neftin sutkalıq hasilatı sutkada təxminən 806 min barel təşkil edib.

İyunun sonuna olan məlumatlara əsasən, "Çıraq" yatağında 19 quyudan (13 neft hasilat quyusu və altı sudoldurma quyusu istismar edilir) ilin birinci yarısında sutkalıq hasilat 111,7 min barel təşkil edib.

"Mərkəzi Azəri" yatağında 18 quyu istismar edilir (13 neft hasilat quyusu və 5 qazdoldurma quyusu). Ötən ilin sentyabr ayında baş verən qaz itkisinin nəticələrinin hərtərəfli tədqiqi və nəzarət tədbirləri şirkətə "Mərkəzi Azəri" dəki 12 quyuda neft hasilatının səviyyəsini sutkada 220 min barelə kimi artırmağa imkan verib.

"Qərbi Azəri" yatağında 17 quyu (12 neft hasilat quyusu, beşi isə sudoldurma quyusu) istismar edilir. Hesabat dövrü ərzində orta sutkalıq hasilat təxminən 266,8 min barel təşkil edib. "Şərqi Azəri" yatağında 13 quyu istismar edilir (doqquz neft hasilat və dörd sudoldurma quyusu). İlin birinci yarısında sutkalıq hasilat 142,8 min barel təşkil edib. Dərinsulu "Günəşli"də 17 quyu istismar edilir (doqquz neft hasilat və səkkiz sudoldurma). İlin birinci yarısında sutkalıq hasilat təxminən 111,6 min barel təşkil edib.

Birinci yarımildə BP-nin AÇG üzrə istismar xərcləri 348 milyon dollar, kapital xərcləri isə 488 milyon dollar təşkil edib. Proqnozlara əsasən, 2009-cu ildə AÇG üzrə istismar xərcləri 839 milyon dollar, kapital xərclər isə 1 milyard 639 milyon dollar təşkil edib.

AÇG iri dəniz yataqları blokunun işlənmə layihəsi üzrə iştirakçılar bunlardır: BP (operator - 34,1%), ChevronTexaco (10,2%), ARDNŞ (10%), INPEX (10%), Statoil (8,6%), ExxonMobil (8%), TRAO (6,8%), Devon Energy (5,6%), ITOCHU (3,9%), Hess (2,7%).

Xəbər lenti

Xəbər lenti