Azərbaycan, Bakı, 20 avqust / Trend /
ARDNŞ şirkət tərəfindən işlədilən eyni adlı dəniz yatağında "Neft Daşları-2415" yeni ikibloklu platformadan ilk quyunun qazılmasını başa çatdırıb, bu barədə ARDNŞ-in məlumatında deyilir.
Yeni quyunun dərinliyi 1774 metr, sutkalıq debit isə 16 ton neft təşkil edir.
"Neft daşları 2415" platforması suyun 23 metr dərinliyində qurulub. Platformanın hündürlüyü 35 metr təşkil edir.
Hazırda şirkət yataqda daha bir platformanın "Neft Daşları-2521" platformasının inşası üzrə işləri davam etdirir. Platforma layihə dərinliyində möhkəmləndirilən iki blokdan ibarətdir. Hazırda elektrik avadanlıqlarının quraşdırılması üzrə işlər həyata keçirilir. Şirkət bu ilin sonuna kimi yeni platformanı istismara verməyi planlaşdırır.
"Neft Daşları" yatağı Azərbaycanın dənizdə neft hasil etməyə başladığı ilk yataqdır. Bu il yataqda cəmi 21 quyunun qazılması planlaşdırılır.
Yeni quyuların qazılması Azərbaycan Prezidentinin "Neft Daşları" Neft-Qaz Hasilatı İdarəsində neft hasilatı həcminin 812 min tondan 1,2 milyon tona (1,5 dəfə) kimi artırılması haqqında sərəncamı çərçivəsində həyata keçirilir. ARDNŞ geoloqlarının qiymətləndirməsinə əsasən, "Neft Daşları" yatağında qalıq neft həcmləri 30 milyon ton təşkil edir. Yataqda neft hasilatının həcminin artırılması üçün 2010-cu ildə ARDNŞ 78 yeni quyu qazacaq.