...

"Nabukko" qaz kəmərində doldurulma ilə bağlı problem olmayacaq – ABŞ dövlət katibinin eks-məsləhətçisi

Energetika Materials 24 Avqust 2009 14:29 (UTC +04:00)
Xəzər regionu və Yaxın Şərqdən Avropa İttifaqı ölkələrinə qaz ixrac edəcək "Nabukko" qaz kəməri doldurulma problemi ilə üzləşməyəcək. ABŞ dövlət katibinin siyasi məsələlər üzrə keçmiş məsləhətçisi Mark Qrossman belə hesab edir.
"Nabukko" qaz kəmərində doldurulma ilə bağlı problem olmayacaq – ABŞ dövlət katibinin eks-məsləhətçisi

Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir Ü.Sadıqova/

Xəzər regionu və Yaxın Şərqdən Avropa İttifaqı ölkələrinə qaz ixrac edəcək "Nabukko" qaz kəməri doldurulma problemi ilə üzləşməyəcək. ABŞ dövlət katibinin siyasi məsələlər üzrə keçmiş məsləhətçisi Mark Qrossman belə hesab edir.

"İraqın bu boru kəməri ilə qaz nəql etməyə hazır olması barədə bəyanatı "Nabukko"nun doldurulması ilə bağlı problemin olmayacağına işarədir", - Qrossman bazar ertəsi Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində jurnalistlərə deyib.

İraq Azərbaycan və Türkmənistanla yanaşı "Nabukko" üçün potensial qaz tədarükçüsü kimi nəzərdə tutulur. Bir müddət əvvəl İraq tərəfi bu boru kəməri ilə ildə təxminən 15 milyard kubmetr qaz tədarük etməyə hazır olduqlarını bildirib.

BP-nin məlumatına görə, 2009-cu il yanvarın 1-nə Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatı 1,2 trilyon kubmetr, İraqın 3,17 trilyon kubmetr, Türkmənistanın qaz ehtiyatı isə 7,94 trilyon kubmetrdir.

Qrossman layihə üzrə iyulda Ankarada imzalanmış hökumətlərarası müqavilənin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, "Nabukko" dünyada enerji təhlükəsizliyi üçün çox mühümdür.

"Enerji təhlükəsizliyi Avropa bazarı üçün əsas problem olaraq qalacaq", - Qrsossman deyib.

Dəyəri 7,9 milyard avro olan "Nabukko" qaz kəmərinin tikintisinin 2011-ci ildə başlanılması nəzərdə tutulub, ilkin ixracat 2014-cü ildə başlayacaq. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr təşkil edəcək. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. İştirakçıların hər biri bərabər - 16,67 faiz paya malikdirlər.

Layihənin ümumi dəyərinin 30 faizinə pay iştirakı əsası ilə Nabucco Gas Pipeline International sərmayə qoyacaq, qalan 70 faiz isə kreditlər hesabına ödənəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti