...

Gürcüstan Rusiyanın "Birinci kanalı"nı cərimə edib

Energetika Materials 1 Sentyabr 2009 15:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanın Milli Rabitə Komissiyası (GMRK) "Birinci kanal" Rusiya teleşirkətini 500 min lari (1 dollar=1,68 lari) cərimə edib. GMRK-dan verilən məlumata görə, bu artıq ötən ilin oktyabrından ikinci cərimədir. O vaxt "Birinci kanal" 50 min lari cərimə olunmuşdu.

Bu qərar Abxaziya və Cənubi Osetiya ərazisində icazəsiz yayımla əlaqədar olaraq qəbul edilib.

Analoji halın təkrar olunması aşkar edilərsə, GMRK-nin "Birinci kanal"ı bir milyon dollar cərimə etmək ixtiyarı var.

Avqustun 27-də analoji pozulma halları ilə bağlı Gürcüstanın Milli Rabitə Komissiyası REN TV, NTV, TV-SENTR, "Rossiya" və "Kultura" Rusiya teleşirkətlərinin hər birini 50 min lari cərimə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti