...

Azərbaycan alternativ enerji mənbələrini inkişaf etdirmək niyyətindədir – nazir

Energetika Materials 3 Sentyabr 2009 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend /

Aparılan hesablamalara əsasən, gələcəkdə alternativ enerji mənbələrindən istifadə hesabına bu sektorun Azərbaycanda istehsal edilən elektrik enerjisinin ümumi həcmində payı təxminən 5-7 faiz təşkil edəcək, bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin "Azərbaycan" qəzetində dərc olunan bəyantında bildirilir.

İstilik enerjisinin istehsalı sahəsində alternativ enerji mənbələrinin perspektiv payı ümumi həcmin 10 faizini təşkil edə bilər.

Keçirilən tədqiqatlara əsasən, Naxçıvan Muxtar Respublikasının tələbatının təxminən yarısını alternativ enerji mənbələri hesabına təmin etmək mümkündür. Azərbaycanın bütün Xəzəryanı sahili boyunca günəş işiğı ildə 2000 saat təşkil edir, Naxçıvanda isə bu göstərici ildə 2900 saat təşkil edir.

Nazirin bildirdiyi kimi, Azərbaycanın Quba rayonunun Xınalıq kəndinin elektrik enerjisi və qaz təchizatı üçün alterantiv enerji mənbələrindən istifadə edərək hibrid sisteminin yaradılması layihəsinin texniki-iqtisadi əsaslanıdırılması artıq hazırlanıb.

Eyni zamanda, NMR-in Arazyanı Ordubad və Culfa düzənliklərində külək enerjisindən istifadə edilməsi ilə enerji istehsalı üçün qurğuların inşası planlaşdırılır. Naxçıvanın müxtəlif hissələrində genəş enerjisi əsasında işləyən elektrik stansiyalarının inşası planlaşdırılır.

Alternativ enerji mənbələrinin istifadəsinin nəticəsi istilik elektrik stansiyalarının işləməsi zamanı istifadə edilən yanacağa qənaət edilməsi, eyni zamanda atmosferə zərərli maddələrin buraxılmasının azaldılması ola bilər. Azərbaycanın coğrafi mövqeyi və iqlim şəraiti müxtəlif ölkələrdə geniş yayılan ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrinin istifadəsinə imkan verir.

Xəbər lenti

Xəbər lenti