...

Çində beynəlxalq neft-qaz konfransı keçiriləcək

Energetika Materials 11 Sentyabr 2009 14:13 (UTC +04:00)
Çində beynəlxalq neft-qaz konfransı keçiriləcək

Azərbaycan, Bakı, 11 sentyabr / Trend /

Çində oktyabrın 18-19-da beynəlxalq neft-qaz konfransı (CIOGC2009) keçiriləcək. Konfrans beynəlxalq sərgi və konfrans mərkəzi "Huanghe"da keçiriləcək. Konfransın informasiya tərəfdaşlarından biri Trend İnformasiya Agentliyidir.

Konfransın əsas vəzifələri yeni biznes əlaqələrin qurulması və iş təcrübəsinin mübadiləsi üçün xarici neft-qaz şirkətlərinin cəlb edilməsi, həmçinin yeni texnologiyalara və beynəlxalq bazar tendensiyasına yeni baxışdır.

Konfransda Çin və Rusiyanın neft-qaz şirkətləri, beynəlxalq neft şirkətləri, servis xidmətləri və avadanlıqlarının tədarükçüləri, investisiya fondları və banklar, həmçinin Çinin Energetika Nazirliyinin rəhbərləri iştirak edəcək. Konfransda təxminən 800 nümayəndə iştirak edəcək.

Konfransda həmçinin Rusiya, Böyük Britaniya, Qazaxıstan, Norveç, Ukrayna, İsveçər, Türkmənistan, Bolqarıstan, Polşa, ABŞ, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Niderland Krallığından qonaqlar iştirak edəcək.

Konfransın təşkilatçıları Şuranın alt kateqoriyaları, ÇXR-nin Beynəlxalq Ticarətə Yardım Komitəsi, "Shengli" inzibati neft bürosu, Beijing-CEW MMC beynəlxalq sərgi şirkəti, Şandun ticarət palatası, "Man To" MMC beynəlxalq sərgi şirkətidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti