Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir E.İsmayılov /
Oktyabrda ARDNŞ və Rusiyanın qaz inhisarçısı "Qazprom" Azərbaycan qazının Rusiyaya tədarükü üzrə müqavilə imzalayacaqlar, bu barədə çərşənbə günü ARDNŞ-ın yüksək rütbəli nümayəndəsi bildirib.
"Tədarüklə bağlı müqavilə oktyabrda imzalanacaq", - mənbə bildirib.
Onun sözlərinə əsasən, hazırda Azərbaycan-Rusiya istiqamətindəki qaz kəmərinin Azərbaycan hissəsində təmir işləri həyata keçirilir.
"Dəyişdirici qurğumuz məntəqə ölçüsündən sonra yerləşir. O, sökülməli və məntəqə ölçüsündən əvvəl yerləşdirilməlidir. Boru kəmərinin reversi üzrə işlər həyata keçirilməlidir, eyni zamanda yeni məntəqə ölçüsü hazırlamaq lazımdır", - mənbə bildirib.
"Qaz kəmərinin vəziyyəti normal qiymətləndirilir. Onun ötürmə gücü ildə beş milyard kubmetr təşkil edir. 2010-cu ildə ARDNŞ Rusiyaya 500 milyon kubmetr qaz tədarük edəcək. Ehtiyac olarsa 2011-ci ildə həcmlər artrıla bilər", - ARDNŞ-ın nümayəndəsi bildirib.
Azərbaycan qazının tədarükü üzrə dəyəri mənbə açıqlamayıb.
Əvvəl ARDNŞ və "Qazprom" qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar. Memoranduma müvafiq olaraq, 2010-cu ilin yanvar ayından Azərbaycan-Rusiya sərhədinə tədarükün başlaması ilə Azərbaycan qazının alqı-satqısı şərtlərinin razılaşdırılması üzrə danışıqlara başlamaq barədə razılıq əldə olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]