Qazaxıstan, Astana, 21 sentyabr / Trend , müxbir K.Konırova /
Astanada neft-qaz və enerji kompleksi təşkilatları assosiasiyası KAZENERGY, Təhsil və Elm Nazirliyi və Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sözügedən sənədin məqsədi gənc mütəxəssislərin üzləşdiyi problemli məsələlərin həlli, neft-qaz sektoru üçün gənc mütəxəssislərin hazırlanmasıdır.
KAZENERGY-nin beynalxalq konfransında çıxış edərkən Elm və Təhsil Nazirliyinin məsul katibi Fərhad Kuanqanov deyib ki, Təhsil Nazirliyi bunu qanunla möhkəmləndirmək təşəbbüsü ilə çıxış edib:
- yeraltı sərvətlərin istifadəçilərinin milli kadr hazırlığı üzrə öhədəlikləri yerinə yetirməsi üzrə monitorinq;
- hər bir yeraltı sərvət istifadəçisi əmək haqqından üç faizədək kadrların maliyyələşdirilməsi və hazırlığı üçün fonda köçürməlidir.
Onun sözlərinə görə, "yol xəritəsi" çərçivəsində 100 min nəfərə təhsil vermək tapşırığı qoyulub, buna da büdcədən 10 milyard tengə ayrılıb.
Əmək və sosial müdafiə nazirinin müavini Birjan Nurımbetov deyib ki, 2007-ci ildə Qazaxıstana dünyanın 100-dən çox ölkəsindən 17 min əcnəbi mütəxəssis cəlb olunub. 2008-ci ildə bu göstərici 54 minə çatıb. Mütəxəssislərin əksəriyyəti Türkiyə və Çindən gəlib. 2009-cu ildə əcnəbi mütəxəssislərin sayı daxili bazarın mühafizəsi üçün keçirilmiş tədbirlər sayəsində təxminən iki dəfə - 28 min nəfərədək azalıb.
Rəsmi məlumata görə, Qazaxıstan iqtisadiyyatının artımı nəzərə alınmaqla maliyyə-iqtisadi böhranından sonra ölkənin əmək bazarındad tələbat illik 600 min nəfər təşkil edəcək.