...

"Azərkimya" Dövlət Şikrəti və İtaliyanın ENI şirkəti yeni neft-kimya kompleksi layihəsi üzrə müqavilə imzalayıblar

Energetika Materials 5 Oktyabr 2009 14:06 (UTC +04:00)
2009-cu il sentyabrın 29-da Fransanın Paris şəhərində "Azərkimya" Dövlət Şirkəti ilə İtaliyanın "ENI" (SNAMPROGETTI) şirkəti arasında Azərbaycanda yeni neft-kimya və gübrə istehsalı kompleksinin tikilməsi layihəsi üzrə "Qarşılıqlı Anlaşma Memorandumu" və "Məxfilik haqqında Saziş" imzalanıb.
"Azərkimya" Dövlət Şikrəti və İtaliyanın ENI şirkəti yeni neft-kimya kompleksi layihəsi üzrə müqavilə imzalayıblar

Azərbaycan, Bakı, 05 oktyabr / Trend

2009-cu il sentyabrın 29-da Fransanın Paris şəhərində "Azərkimya" Dövlət Şirkəti ilə İtaliyanın "ENI" (SNAMPROGETTI) şirkəti arasında Azərbaycanda yeni neft-kimya və gübrə istehsalı kompleksinin tikilməsi layihəsi üzrə "Qarşılıqlı Anlaşma Memorandumu" və "Məxfilik haqqında Saziş" imzalanıb.

Görüşdə Azərbaycanda inşa ediləcək gübrə istehsalı kompleksinin tərkibində fəaliyyət göstərəcək dəniz suyunun təmizlənməsi zavodu üzrə layihənin təqdimatı keçirilib. Dəniz suyunun iki əsas texnologiya əsasında - membran və termodistillə üsulları ilə təmizlənməsi barədə ətraflı məlumat verilib, müvafiq müzakirələr aparılıb və bir sıra digər məlumatlar "Azərkimya" Dövlət Şikətinin prezidenti Məcid Kərimova təqdim olunub.

İtalyanın ENI (Snamprogetti) şirkəti dünyanın 7-dən çox ölkəsində genişmiqyaslı işlər həyata keçirir, neft və qaz hasilatı, neft-kimya, elektrik enerjisi, maşınqayırma və s. sahələrdə işləyir. Olefinlərin, ətirli karbohidrogenlərin, gübrələrin istehsalı və neft və neft-kimya məhsullarının marketinqi onun fəaliyyətinin əsas növlərindən biridir. ENI (Snamprogetti) dünyanın aparıcı şirkətlərindən biri kimi müasir neft-kimya komplekslərinin layihələndirilməsi və inşası üzrə böyük təcrübəyə və böyük kapital yatırımı imkanlarına malikdir.

Azərbaycanda yeni neft-kimya və gübrə istehsalı kompleksinin layihəsi üzrə işlərin icrası ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq "Azərikimya" Dövlət Şikəti tərəfindən ardıcıl olaraq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti