...

Qazaxıstanın Aktau ticarət limanı sentyabrda neft yükləri üzrə yükboşaltmanı azaldıb

Energetika Materials 9 Oktyabr 2009 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı,9 oktyabr / Trend , müxbir E.İsmayılov/

Yanvar-sentyabr aylarında Aktau beynəlxalq dəniz ticarət limanı (ABDTL) təxminən 8,4 milyon ton neft yükü üzrə yükboşaltma həyata keçirib. Bu göstərici yanvar-avqust aylarında təxminən 7,5 milyon ton təşkil edib. Bu barədə limanın məlumatında deyilir.

Sentyabrda ABDTL 899,5 min ton (planlaşdırılandan 3,3 faiz aşağı) neft yükünün yükboşltmasını həyata keçirib. Bu göstərici avqust ayında bir milyon tondan çox təşkil edib.

Yanvar-sentyabr aylarında 1,8 milyon ton quru yük üzrə yükboşaltma həyata keçirilib. Bu göstərici yanvar-avqust aylarında təxminən 1,6 milyon ton təşkil edib.

ABDTL-nın yükboşaltmasının ümumi həcmi yanvar-sentyabr aylarında 10,2 milyon ton neft yükü və quru yükü təşkil edib ki, bu göstərici yanvar-avqust aylarında təxminən 9,1 milyon ton olub. Sentyabrda bu göstərici 1,1 milyon ton təşkil edib.

Yanvar-sentyabr aylarında Aktau limanı tərəfindən 1521 gəmi boşaldılıb.

Hazırda Xəzər dənizində altı beynəlxalq dəniz limanı var - Bakı (Azərbaycan), Həştərxan- (Rusiya), Türkmənbaşı (Türkmənistan), Aktau (Qazaxıstan), Ənzəli və Neka (İran).

Məqalə müəllifi ilə əlaqə ünanı: [email protected]

Xəbər lenti

Xəbər lenti