9 oktyabrda Azərbaycan neftinin qiyməti artıb
Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir E.İsmayılov/
AZERI LT CİF Augusta neftinin bir barelinin qiyməti 9 oktyabrda 71,18 dollar təşkil edib. Şənbə günü ARDNŞ-dan verilən məlumata görə, cümə günü neftin bir barelinin qiyməti cümə axşamı ilə müqayisədə 0,73 dollar artıb.
Azəri Light markalı neft "Azəri-Çıraq-Günəşli" yataq blokunda hasil edilir. Neft Qazaxıstan neft sortları ilə qarışaraq Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına çatdılır. Bundan əlavə, Azəri Light markalı neft Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına ixrac edilir.
ARDNŞ-dan deyilib ki, AZERI LT FOB Ceyhan neftinin 9 oktyabrda bir barelinin qiyməti 70,19 dollar olub ki, bu göstərici 8 oktyabr qiymətindən 0,66 dollar çoxdur.
Azərbaycan URAL neft növünü Bakı-Novorossiysk kəməri vasitəsilə Novorossiyk limanında satır. Azeri Light-lə birgə keyfiyyətli Azərbaycan nefti Rusiyanın kəmərlər sistemində digər neft sortları ilə qarışır və Novorossiysk limanında URAL neft sortu kimi satılır.
URALS markalı neftin bir barelinin qiyməti 9 oktyabrda 68,31 dollar təşkil edib ki bu göstrərici 8 oktyabr qiymətindən 0,74 dollar çox olub.
Şimal dənizindən hasil edilən neftin Brent Dated sortunun bir barelinin qiyməti 9 oktyabrda 69,19 dollar təşkil edib ki, bu da bir gün əvvəlki qiymətdən 0,87 dollar çoxdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]