...

Azərbaycan neftinin qiyməti: 5-9 oktyabr həftəsinin yekunları

Energetika Materials 12 Oktyabr 2009 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 oktyabr / Trend , müxbir E.İsmayılov/

5 - 9 oktyabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $69,9 /barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2.1 /barr çoxdur.

5 - 9 oktyabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $71.18 /barr, minimal qiyməti isə $67.75 /barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

5 - 9 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $66,7 təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1.9 /barr çoxdur.

5 - 9 oktyabr həftəsində URALS neftinin maksimal qiyməti $68,31 /barr, minimal qiymət isə $64.64 /barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

5 - 9 oktyabr həftəsində Brent Dated neftinin orta qiyməti $67.8 /barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2 /barr artıqdır.

Ötən həftə Brent neftinin maksimal qiyməti $69.19 /barr, minimal qiymət isə $65.53 /barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti