Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir E.İsmayılov/
Macarıstan Parlamenti "Nabukko" qaz kəməri layihəsi üzrə iyul ayında beş tranzit ölkə arasında imzalanan hökumətlərarası razılığı təsdiq edib. Məlumatı Reuters yazıb. Hökumətlərarası razılıq iyulun 13-də Avstriya, Macarıstan, Bolqarıstan, Rumıniya və Türkiyənin Baş nazirləri tərəfindən imzalanıb.
Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlkin tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.
Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]