...

OPEK Azərbaycanda neft hasilatı proqnozunu artırıb

Energetika Materials 26 Oktyabr 2009 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir A.Bədəlova/

OPEK Azərbaycanda hasil edilən neftin həcminin 2009-cu ildə sutkada 1,04 milyon barelədək artacağını proqnozlaşdırır. Bu göstərici 2008-ci ildə proqnozlaşdırılan göstəricidən 0,14 milyon barel, keçən ay proqnozlaşdırılan göstəricidən isə 28 min barel çoxdur.

OPEK-in oktyabr məruzəsində deyilir ki, proqnozların artması əsasən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan neft hasilatı üzrə göstəricilərin yaxşı olması ilə əlaqədardır.

OPEK-in proqnozuna görə, 2010-cu ildə Azərbaycanda neft hasilatının həcmi sutkada 0,11 milyon barel artaraq 1,16 milyon barelə çatacaq. Daha yüksək hasilat isə - sutkada 1,23 milyon barel gələn ilin dördüncü rübündə müşahidə ediləcək.

OPEK-in proqnozuna görə, postsovet ölkələrində hasil edilən neftin həcmi 2009-cu ildə sutkada 12,89 milyon barel olacaq. Bu göstərici ötən ilin proqnoz göstəricisindən sutkada 0,33 min barel, keçən ayın proqnozlarına görə isə sutkada 92 min barel çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti