Azərbaycan, Bakı, 11 noyabr / Trend /
Çərşənbə günü səhər İran qazının Ermənistana ixracı dayandırılıb. Bu barədə İranın Qaz İxracı Şirkətinin 8-ci region üzrə direktoru Vəliyullah Dini bildirib. Məlumatı MEHR informasiya agentliyi yayıb.
Dininin sözlərinə görə, qaz ixracının dayandırılmasına səbəb Ermənistan tərəfində baş vermiş pozuntulardır.
"Cari ilin əvvəlində Ermənistana sutkada orta hesabla 2 milyon kubmetr İran qazı tədarük edilib", - Dini deyib.
"Yeni boru kəmərinin inşası ilə ixracat qazının potensial həcmi sutkada 10 milyon kubmetrə çatacaq", - o deyib.
Dininin sözlərinə görə, Naxçıvan Muxtar Respublikası və Türkiyəyə qaz nəqli ilə bağlı heç bir problem yoxdur. "Hazırda İran Azərbaycandan sutkada 1,2 milyon kubmetr qaz idxal edir", - Dini deyib.