...

Bulgartransgaz Azərbaycan qazının Bolqarıstana nəqlinə dair BM yaratmaq niyyətindədir

Energetika Materials 13 Noyabr 2009 11:06 (UTC +04:00)
Bolqarıstanın Dövlət Şirkəti Bulgartransgaz (Bulgargazın törəmə müəssisəsi) və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birgə müəssisə (BM) yaratmaq niyyətindədirlər. Bu barədə Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykov (Traicho Traikov) deyib.
Bulgartransgaz Azərbaycan qazının Bolqarıstana nəqlinə dair BM yaratmaq niyyətindədir

Azərbaycan, Bakı, 12 noyabr / Trend , müxbir A .Bədəlova/

Bolqarıstanın Dövlət Şirkəti Bulgartransgaz (Bulgargazın törəmə müəssisəsi) və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birgə müəssisə (BM) yaratmaq niyyətindədirlər. Bu barədə Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykov (Traicho Traikov) deyib.

Traykov, həftə sonunda Sofiyaya səfərinə səfər edəcək Azərbaycanın energetika naziri ilə BM yaratmağa dair əməkdaşlıq barədə memorandumun imzalanması üçün Nazirlər Şurasından razılıq alıb. Sofia News Agency xəbər verir.

Bolqarıstan-Azərbaycan BM Bolqarıstanın "Nabukko" boru kəməri vasitəsilə əldə edəcəyi qazın nəqli məsələsi də daxil olmaqla, təbii qazın Azərbaycandan Bolqarıstana nəqlinin mümkünlüyünü analiz etməklə, o cümlədən Qara dəniz vasitəsilə sıxılmış təbii qazın tankerlərlə nəqli məsələsi ilə məşğul olacaq. Traykovun sözlərinə görə, əgər bu layihə reallaşarsa, Bolqarıstan STQ-a dair terminalın inşasında iştirak etməyəcək.

"Sıxılmış təbii qazın nəqli üçün tankerlər bahadır, yanacağın boşaldılması üçün xüsusi terminalın inşasını tələb etməyən, ölkənin qazpaylayıcı şəbəkəsinə ən qısa yolla nəql edə bilən, yaxud rezervuarda saxlaya bilən daha ucuz infrastruktur lazımdır", - Traykov deyib.

Bolqarıstan və Azərbaycan arasındakı əməkdaşlığa dair yeni memorandum 2008-ci ilin iyununda Bakıda, Bulgargaz və ARDNŞ arasında Bolqarıstana bir milyard kubmetr Azərbaycan qazının nəqlinə dair imzalanmış memoranduma əsaslanacaq. İmzalanmış sənədə əsasən, Bolqarıstan göstərilmiş həcmdə qazı artıq mövcud olan boru kəməri vasitəsilə, həmçinin planlaşdırılan "Nabukko" qaz-kəməri vasitəsilə, yaxud da digər infrastruktur və mexanizmlər vasitəsilə əldə edəcək.

Traykovun sözlərinə görə, əgər sıxılmış təbii qazın Azərbaycandan Bolqarıstana nəql edilməsi üzrə BM yaratmaq işi uğurlu alınarsa, qazın həcmi 7-8 milyard kubmetrədək artırılacaq və bu həcmə Bolqarıstan vasitəsil üçüncü ölkələrə nəql edilən tədarüklər də daxil olacaq.

Xəbər lenti

Xəbər lenti