...

Paytaxtda qaz istehlakı artmaqda davam edir

Energetika Materials 14 Noyabr 2009 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir E.İsmayılov/

Yanvar-oktyabr aylarında "Azəriqaz" İB yanında "Bakqaz" İdarəsi şəhərin qaz sisteminə 1,9 milyard kubmetrdən artıq məişət qazı verib, şənbə günü idarədəki mənbədən bildirilib. "Azəriqaz" ARDNŞ-in tərkibinə daxildir.

Mənbənin sözlərinə görə, oktyabr ayında paytaxtın qaz sistminə 123,6 milyon kubmetr qaz verilib. Sentyabrda bu göstərici 108 milyon kubmetrə yaxın olub.

Avqust ayında şəhər sisteminə 104 milyon kubmetrə yaxın, iyulda - 109 milyon kubmetrə yaxın, iyunda - 114 milyon kubmetrdən çox, mayda isə 141 milyon kubmetrə yaxın qaz verilib.

Hazırda Bakının qaz sisteminə sutkada 6,4 milyon kubmetrə yaxın qaz verilir. Oktyabrın əvvəlində bu göstərici 3,45 milyon kubmetr olub. "Havaların soyuması ilə əlaqədar olaraq qaza olan tələbat artır", - mənbə deyib.

Keçən il İB Bakının qaz sisteminə ümumilikdə 2,45 milyard kubmetrə yaxın qaz verib.

2008-ci ildə "Bakqaz" ölkənin qaz sisteminə qazın verilişinin mövsümi rejimindən tamamilə imtina edib. Bundan sonra verilən qazın həcmi istehlakçının tələbinə uyğun olaraq müəyyənləşdirilir. Əvvəllər yay mövsümündə qazın sutkalıq verilişi 3-4 milyon kubmetr, qışda isə 10-13 milyon kubmetr təşkil edirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti