...

Azərbaycan neftinin qiyməti: 16-20 noyabr həftəsinin yekunları

Energetika Materials 23 Noyabr 2009 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr / Trend , E.İsmayılov /

16-20 noyabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin orta qiyməti $78,97 /barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,6 /barr çoxdur.

16-20 noyabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $80,67 /barr, minimal qiyməti isə $77,5 /barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

16-20 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $75,2 /barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,432 /barr çoxdur.

16-20 noyabr həftəsində URALS neftinin maksimal qiyməti $76,71 /barr, minimal qiymət isə $73,87 /barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

16-20 noyabr həftəsində Brent Dated neftinin orta qiyməti $77,2 /barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,832 /barr çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $78,86 /barr, minimal qiymət isə $75,8 /barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti