...

Azərbaycanda ekoloji təmiz yanacağın istehsalına başlanılır

Energetika Materials 23 Noyabr 2009 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda müasir yanacaq dizeli və ya "XXI əsr yanacağı" olan dimetilefir istehsalı üzrə zavod tikiləcək. Bu barədə AZMECO şirkətinin İdarə Heyətinin sədri Nizami Piriyev bildirib.

"Dizel yanacağının tərkibində çoxlu sayda ətraf mühit və insan sağlamlığı üçün zərərli ətirli maddələr var, dimetilefir isə bütünlüklə yanan və ətraf mühit üçün hazırkı yanacaq kimi zərərli olmayan yanacaqdır", - Piriyev deyib.

Onun sözlərinə görə, ola bilsin ki, gələcəkdə bir çox avtobuslar və iri yük maşınları tədricən dizel yanacağından ekoloji təmiz yanacağa - dimetilefirə keçəcəklər.

Piriyev deyib ki, artıq yarım ildir davam edən metanol zavodunun tikinti işləri başa çatdıqdan sonra dərhal dimetilefirin istehsalına başlanılacaq.

Şirkətin rəhbəri həmçinin qeyd edib ki, dimetilefirin dəyəri idxal edilmiş yanacaqdan təxminən 22-25 faiz ucuz olacaq.

"Onun satışı artıq 2013-cü ildən başlayacaq", - Piriyev deyib.

Dimetilefir qazın maye halına keçməsi sintetik prosesində hasil edilən metanolun törəməsidir.

Hazırda dünyada dimetilefirin istifadəsi il ərzində təxminən 150 min ton təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti