...

BP Azərbaycanda yeni layihənin realizəsinə başlayıb

Energetika Materials 23 Noyabr 2009 17:43 (UTC +04:00)
BP neft şirkəti Azərbaycanda "Yerşünaslıq və mühəndislik işləri üzrə bir sıra məruzələr" layihəsinin realizəsinə başlayıb.
BP Azərbaycanda yeni layihənin realizəsinə başlayıb

Azərbaycan, Bakı, 23 noyabr / Trend /

BP neft şirkəti Azərbaycanda "Yerşünaslıq və mühəndislik işləri üzrə bir sıra məruzələr" layihəsinin realizəsinə başlayıb. BP şirkəti Azərbaycanın iri enerji layihələrinin, o cümlədən "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları bloku, "Şahdəniz" dəniz qaz-kondensat yatağının, "Bakı-Tbilisi-Ceyhan" neft kəməri və "Bakı-Tbilisi-Ərzurum" qaz kəməri layihələrinin iştirakçısıdır.

Geofizika, geologiya və mühəndislik işi sahəsindəki tələbələr və elmi işçilər üçün layihə çərçivəsində bu sahədə tanınmış alim və mütəxəssislərlə görüşmək və fikir mübadiləsi aparmaq imkanı yaradılacaq.

Layihə çərçivəsində ilk tədbir bu gün Azərbaycan Dövlət Neft Akademiyasında olub. Burada BP Azerbaijani şirkətinin prezidenti, geologiya və mineralogiya elmləri doktoru Rəşid Cavanşir "Cənubi Xəzər hövzəsi: nadir geologiya və nadir neft sistemi" mövzusunda məruzə təqdim edib.

BP şirkəti yeni təşəbbüslər çərçivəsində Neft Akademiyasında hər ay tədbirlər aparılmasını planlaşdırır. Bu tədbirlərdə geologiya, geofizika, torpaqşünaslıq və texnologiya sahəsində yerli və beynəlxalq mütəxəssislər yığışacaqlar.

Xəbər lenti

Xəbər lenti