...

Gələn il benzinin qiymətində artım gözlənilmir - ARDNŞ prezidenti Rövnəq Abdullayev

Energetika Materials 12 Dekabr 2009 14:34 (UTC +04:00)
Gələn il benzinin qiymətində artım gözlənilmir. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev şənbə günü deyib.
Gələn il benzinin qiymətində artım gözlənilmir - ARDNŞ prezidenti Rövnəq Abdullayev

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir E.İsmayılov/

Gələn il benzinin qiymətində artım gözlənilmir. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev şənbə günü deyib.

"Deyə bilərəm ki, benzinin qiymətlərinin artması gözlənilmir", - Abdullayev deyib.

Onun sözlərinə görə, ARDNŞ benzinin qiymətinin artırılması ilə bağlı Azərbaycanın Tarif Şurasına müraciət etməlidir. "Şirkət tərəfindən belə bir müraciət olmayıb", - Abdullayev deyib.

Azərbaycanda neft məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənir. Nazirlər Kabinetinin qərarına əsasən, 2007-ci yanvar ayının 6-dan 8-dək ölkədə yanacağın yeni qiymətləri müəyyən edilib. O cümlədən Nazirlər Kabinertinin qərarına əsasən, L-62 markalı bir litr dizel yanacağının qiyməti 0,45 manat, AI-80 avtomobil benzinin - 0,55 manat, AI-92 avtomobil benzinin - 0,55 manat, AI-95 avtomobil benzinin qiyməti isə 0,60 manatdır.

Bir müddət əvvəl ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar Şirkətindən verilən məlumata görə, yanvar-noyabr aylarında Azərbaycanın daxili bazarında 539,4 min ton neft məhsulları satılıb. "Noyabr ayında bu göstərici 51,3 min tondan artıq olub", - məlumatda deyilir.

Həmçinin daxili bazarda yanvar-noyabr aylarında 177,7 min tona yaxın avtomobil benzini və 328,3 min tondan çox dizel yanacağı satılıb.

Azərbaycanda neft məhsulları ümumi gücü ildə 20 milyon ton olan iki NEZ-də istehsal edilir. Hər iki NEZ ARDNŞ-nin tərkibinə daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti