Azərbaycan, Bakı, 15 dekabr / Trend /
Yanvar-noyabr aylarında Azərbaycanda 46,4 milyon tona yaxın neft və kondensat hasil edilib ki, bu da 2008-ci ilin analoji dövr göstəricisindən 13,5% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-noyabr aylarında neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan neft hasil edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına düşür.
Yanvar-noyabr aylarında qaz hasilatı 21,4 milyard kubmetrə yaxın təşkil edib ki, bu da 2008-ci ildə olan göstəricidən 2,1% çoxdur. 9,1 milyard kubmetr qaz "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının payına düşür. Bu, keçən ilin analoji dövrünə olan göstəricidən 12% çoxdur.
2009-cu ilin yanvar-noyabr aylarında 16 milyard kilovat-saat elektik enerjisi hasil edilib. 2008-ci ilin yanvar-noyabr aylarında isə 18,1 miltyard kilovat-saatdan artıq elektik enerjisi hasil edilmişdi. Yanvar-noyabr aylarında hasil edilən elektik enerjisinin ümumi həcmindən 87,6%-i istilik elektrik stansiyalarının, qalan 12,4%-i isə su elektrik stansiyalarının payına düşüb.