...

ARDNŞ 2009-cu ildə dövlət büdcəsinə ödənişləri xeyli artırıb

Energetika Materials 6 Yanvar 2010 20:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 yanvar / Trend /

"ARDNŞ 2009-cu ildə ölkənin dövlət büdcəsinə 1,47 milyard manata yaxın vəsait köçürüb. Bu da 2008-ci ildən 117,1 milyon manatla çoxdur", - bu barədə şirkət tərəfindən çərşənbə günü yayılan məlumatda deyilir.

Dekabr ayında bu göstırici 532,56 milyon manat təşkil edib ki, bu da 2008-ci ilin analoji dövrünə olan göstəricidən 219,48 milyon manat çoxdur.

Məlumatda deyilir ki, ARDNŞ 2009-cu ildə Dövlət Əhalinin Sosial Müdafiəsi Fonduna 115,16 milyon manat köçürüb ki, bu da 2008-ci ilə olan göstəricidən 8 milyon manat çoxdur.

Dekabr ayında sosial fonda 12 milyon manata yaxın vəsait köçürülüb.

Yanvarın 6-na olan rəsmi məzənnə 0,803 AZN/USD təşkil edib.

Xəbər lenti

Xəbər lenti