Azərbaycanda 2009-cu ildə 18,5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib

Energetika Materials 12 Yanvar 2010 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar / Trend /

"Azerenerji" SC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) 2009-cu ildə 2008-ci ildə istehsal olunmuş 21,2 milyard kilovat-saat elektrik enerjisinə nisbətdə təxminən 18,6 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Bu barədə SC-nin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Ötən il ərzində SC tərəfindən istehsal olunmuş elektrik enerjisinin ümumi həcmindən 16,3 milyard kilovat-saat İES-in, təxminən 2,3 milyard kilovat-saat isə SES-in payına düşüb.

2009-cu il dekabr ayında 1,8 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub. İstehsal olunmuş elektrik enerjisinin ümumi həcmindən 1,6 milyard kilovat-saat İES-in, təxminən 0,2 milyard kilovat-saat isə SES-in payına düşüb.

2009-cu il ərzində Rusiya Federasiyası, İran İslam Respublikası və Gürcüstanla enerji mübadiləsi davam etdirilib.

Xəbər lenti

Xəbər lenti