...

2011-ci ildə Azərbaycanda 780 MVt gücə malik elektrik stansiyası istismara veriləcək - "Azərenerji"nin rəhbəri

Energetika Materials 20 Yanvar 2010 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 yanvar / Trend , müxbir E.İsmayılov/

"Cənub" elektrik stansiyasının tikinitisi üzrə işlərin başa çatdırılması 2011-ci ildə gözlənilir. Bu barədə çərşənbə günü "Azərenerji" SC-nin (elektrik enerjisinin istehsalı və paylanması) rəhbəri Etibar Pirverdiyev bildirib.

"Cənub" qaz-trubin elektrik stansiyasınin tikintisi hazırda davam etdirilir və biz onun istismara verilməsini 2011-ci ildə təmin edəcəyik", - Pirverdiyev deyib.

780 meqavat gücə malik "Cənub" elektrik stansiyasının tikintisi Şirvan şəhərində həyata keçirilir.

İnşa edilən elektrik stansiyasından elektrik enerjisi ötürmək üçün 28 transformator quraşdırılacaq. Yeni texnologiyaların tətbiqi nəticəsində stansiya mazut və qazla işləyəcək.

Bu elektrik stansiyasının tikintisi Abşeron yarımadası və Azərbaycanın cənub rayonlarında energetika təhlükəsizliyini artırmağa imkan verəcək. Bu stansiya həmçinin enerjiötürücü və enerjipaylayıcı sistemlərin iş qabiliyyətinin yaxşılaşmasına yardım edəcək.

Xəbər lenti

Xəbər lenti