...

Türkiyə Azərbaycana "Şahdəniz" yatağından əldə olunan qazın dəyərindəki bütün fərqi ödəyəcək - Energetika Nazirliyi

Energetika Materials 8 Fevral 2010 18:30 (UTC +04:00)
Türkiyə iki ölkə arasında bu məsələ üzrə razılıq əldə olunandan sonra Azərbaycan qazının qiymətindəki bütün fərqi ödəməyə hazırdır. Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin rəsmi nümayəndəsi Mehmet Akif telefonla Trend Capital-a deyib.
Türkiyə Azərbaycana "Şahdəniz" yatağından əldə olunan qazın dəyərindəki bütün fərqi ödəyəcək - Energetika Nazirliyi

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir E.İsmayılov/

Türkiyə iki ölkə arasında bu məsələ üzrə razılıq əldə olunandan sonra Azərbaycan qazının qiymətindəki bütün fərqi ödəməyə hazırdır. Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin rəsmi nümayəndəsi Mehmet Akif telefonla Trend -a deyib.

"Tərəflər arasında "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində qazın dəyəri üzrə müəyyən razılaşma var. İkinci mərhələ və tranzit məsələləri üzrə razılaşma isə hələlik əldə olunmayıb. Bütün bu məsələlər paketdə nəzərdən keçirilir. Razılıq əldə edildikdən sonra qiymətdəki bütün fərq tamamilə ödəniləcək", - Türkiyənin Energetika Nazirliyinin nümayəndəsi deyib.

Onun sözlərinə görə, yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində qazın dəyəri açıqlanmır, çünki bu ticari danışıqlar mövzusudur.

Hazırda Azərbaycan qazı Türkiyəyə 1000 kubmetri 120 dollar dəyərində tədarük edilir.

Türkiyə ilə bağlanmış müqavilədə göstərildiyi kimi, "Şahdəniz" qazının dəyərinə tədarükün başlanmasından 1 il sonra baxıla bilər, yəni yeni qiymət 2008-ci il aprelin 15-dən tətbiq olunmalıdır.

ARDNŞ nümayəndələri bildiriblər ki, Azərbaycan və Türkiyə arasındakı qaz məsələləri paketdə müzakirə edilir. Buraya "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində əldə edilən qazın dəyəri, layihənin ikinci mərhələsində əldə edilən qazın dəyəri və Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya tranziti üzrə razılıq məsələləri daxildir.

"Müzakirə edilən paketin bəndlərindən birinin razılaşdırılması tam razılığın əldə olunması anlamına gəlmir", - ARDNŞ nümayəndəsi vurğulayıb.

Hazırda "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsindən əldə olunan qazın qiyməti, tranzit məsələləri tərəflər arasındakı danışıqların müzakirə mövzusudur.

Azərbaycan və Türkiyə arasındakı tranzit məsələsi üzrə razılığın əldə edilməsi Azərbaycan tərəfinə öz qazını Avropaya ixrac etmək imkanı verir.

Nabukko, ITGI və Transadriatik qaz kəmərklərinin daxil olduğu Cənubi enerji dəhlizi Azərbaycan qazının Avropaya tədarükü üçün ən perspektivli marşrutdur. Lakin Azərbaycan qazının Türkiyə vasitəsilə tranziti məsələləsi həll edilmədiyindən Azərbaycan alternativ marşrutlar axtarmağa məcburdur.

Müqaviləyə əsasən, layihənin ilkin işlənmə mərhələsi çərçivəsində Türkiyə "Şahdəniz" yatağından 6,6 milyard kubmetr qaz almalıdır.

"Şahdəniz"də ehtiyatlar 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5 %, Statoil - 25,5 %, NICO - 10%, Total- 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti