...

Aİ-nin 27 ölkəsində Euro-super 95 markalı avtomobil benzininin qiymətinin icmalı (22 fevral-1mart)

Energetika Materials 5 Mart 2010 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir A.Bədəlova/

Ötən həftə ərzində (22 fevral-1 mart) Avropanın 27 ölkəsində Euro-super 95 markalı benzinin orta qiyməti min litrə 1274 avro (ƏDV daxil) təşkil edib. Benzinin qiyməti üzrə statistik məlumatlar Avropa Komissiyasının rəsmi saytında öz əksini tapıb.

Ötən həftə ərzində Avropa ölkələri arasında Euro-super 95 markalı benzinin ən yüksək qiyməti Niderlandda müşahidə olunub. Ötən həftənin yekunlarına görə, bu ölkədə həmin markalı benzinin qiyməti 4 avro artaraq min litrə 1467 avro təşkil edib.

Bu markalı benzinin ən aşağı orta qiyməti Kiprdə müşahidə olunub. Kiprdə qiymət min litrə 961 avro təşkil edib.

Euro-super 95 markalı benzinin qiymətinin yüksəkliyinə görə ikinci yerdə duran ölkə Danimarkadır. Bu ölkədə ötən həftəyə görə həmin markalı benzinin qiyməti 2 avro azalaraq min litrə 1412 avro təşkil edib.

Belçikada Euro-super 95 markalı benzinin qiyməti 19 avro artaraq min litrə 1366 avro olub.

Finlandiyada Euro-super 95 markalı benzinin dəyəri ötən həftəyə görə 1343 avro təşkil edib.

Ötən həftə ərzində Almaniyada Euro-super 95 markalı benzinin qiyməti min litrə 1338 avro olub. Ötən həftə Almaniyada qiymət min litrə 1311 avro təşkil edib.

Portuqaliyada Euro-super 95 markalı benzinin qiyməti min litrə 1336 avro olub. Bundan əvvəlki həftədə Portuqaliyada qiymət min litrə 1319 avro təşkil edib.

Ötən həftə ərzində yeddinci yeri tutan Fransada Euro-super 95 markalı benzinin qiyməti min litrə 1334 avro təşkil edib ki, bu da ötən həftədəkinə nisbətən min litrə 1303 avro olub.

Ötən həftə ərzində Euro-super 95 markalı benzinin qiymətinə görə səkkizinci yeri tutan İtaliyada orta qiymət 22 avro artaraq min litrə 1333 avro təşkil edib.

Ötən həftə ərzində doqquzuncu yeri tutan İsveçdə həmin markalı benzinin qiyməti min litrə 1308 avro təşkil edb.

Avropa ölkələri arasında Euro-super 95 markalı benzinin qiymətinin yüksəkliyinə görə onuncu yeri Yunanıstan tutub. Bu ölkədə qiymət 20 avro arataraq min litrə 1272 avro təşkil edib.

Avropanın 27 ölkəsində Euro-super 95 markalı benzinin qiymətinin (vergilər daxil olmaqla) müqayisə cədvəli:

Ölkələr

Qiymət/Avro

(22 fevral-1 mart)

Qiymət/Avro

(15-22 fevral)

Niderland

1467

1463

Danimarka

1412

1414

Belçika

1366

1347

Finlandiya

1343

1349

Almainya

1338

1311

Portuqaliya

1336

1319

Fransa

1334

1303

İtaliya

1333

1311

İsveçrə

1308

1302

Yunanıstan

1272

1252

İrlandiya

1250

1244

Böyük Britaniya

1239

1268

Macarıstan

1205

1181

Slovakiya

1192

1173

Çexiya

1187

1179

Sloveniya

1154

1157

Malta

1140

1150

Litva

1132

1140

Lüksemburq

1132

1117

Avstriya

1128

1109

İspaniya

1119

1107

Polşa

1109

1087

Estoniya

1096

1074

Latviya

1036

1050

Rumıniya

1016

996

Bolqarıstan

984

960

Kipr

961

960

Xəbər lenti

Xəbər lenti