...

Rumıniya "Nabukko" qaz kəməri layihəsinin reallaşdırılmasının və Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu ilə qaz nəqlinin tərəfdarıdır

Energetika Materials 18 Mart 2010 16:34 (UTC +04:00)
Avropa Şurasının üzvü kimi Rumıniya azad bazar sisteminin tətbiq edilməsinin tərəfdarıdır. Bu kontekstdə "Nabukko" qaz kəməri layihəsinin reallaşdırılmasının və Azərbaycandan Gürcüstan - Qara dəniz vasitəsilə Rumıniyaya qaz nəqlinin tərəfdarıdır.
Rumıniya "Nabukko" qaz kəməri layihəsinin reallaşdırılmasının və Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu ilə qaz nəqlinin tərəfdarıdır

Azərbaycan, Bakı, 18 mart / Trend /

Avropa Şurasının üzvü kimi Rumıniya azad bazar sisteminin tətbiq edilməsinin tərəfdarıdır. Bu kontekstdə "Nabukko" qaz kəməri layihəsinin reallaşdırılmasının və Azərbaycandan Gürcüstan - Qara dəniz vasitəsilə Rumıniyaya qaz nəqlinin tərəfdarıdır. Bunu Rumıniyanın xarici işlər naziri Teador Bakonski Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rumıniya istərdi ki, bu layihələrin reallaşdırılması zamanı tərəflər azad bazar sisteminə əsaslansınlar.

Dəyəri 7,9 milyard avro olan "Nabukko" kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin 30 faizi Nabucco Gas Pipeline International şirkətinin səhmdarları tərəfindən, qalan 70 faizi isə kreditlər hesabına kapitallaşacaq.

Bu gün Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində (ARDNŞ-nin Kulevidə neft terminalı var) emalı üzrə terminalın tikintisi və Avropanın daxili qaz şəbəkəsi üzrə gələcək göndərmələr üçün gəmilərin Rumıniya, yaxud Bolqarıstana nəqli məsələsi nəzərdən keçirilir. Layihə iki istiqamətdə nəzərdən keçirilir - LNG və CNG. Birincisi, qazın sıxılması üzrə zavodun tikintisidir, ikincisi isə onun sıxılması üçün vasitəsiz olaraq gəmilərə çatdırılmasıdır. Bu layihə çərçivəsində söhbət 7-20 milyard kubmetr qazdan gedir.

Xəbər lenti

Xəbər lenti