...

Yanvar-mart aylarında ARDNŞ Gürcüstana 340 milyon kubmetr "sosial" qaz tədarük edib

Energetika Materials 2 Aprel 2010 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.İsmayılov/

İlkin məlumatlara görə, yanvar-mart aylarında SOCAR Gas Supply şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə müəssisəsi) Gürcüstana 340 milyon kubmetr "sosial" qaz tədarük edib. Bu barədə SOCAR Energy Georgia şirkətindəki mənbə cümə günü bildirib.

İlkin məlumatlara əsasən, Gürcüstan bazarına tədarük edimiş qazın ümumi həcminin 108,5 milyon kubmetri ARDNŞ-nin payına, 148,92 milyon kubmetri "Şahdəniz" yatağının payına düşüb. Qalan 82,58 milyon kubmetr isə Rusiya tərəfinin tranzit əməliyyatlarına görə Gürcüstana verdiyi qazın payına düşüb.

2009-cu ildə SOCAR Gas Supply Gürcüstana 800 milyon kubmetrdən çox "sosial" qaz tədarük edib.

2008-cil il dekabrın sonunda ARDNŞ və Gürcüstan hökuməti 30 qazpaylayıcı təsərrüfat və qazpaylayıcı şəbəkənin istifadəyə verilməsi barədə müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın Kaxetiya, Msxeta-Mtianeti, Şido və Kvemo-Kartli, Acarıstan, Quriya, İmeretiya, Sameqrelo kimi regionlarını əhatə edir. Bu şəbəkələr 24 şirkət tərəfindən istismar olunur. 2009-cu ilin aprelində ARDNŞ azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonundakı qazpaylayıcı şəbəkəni istifadəyə götürüb.

Xəbər lenti

Xəbər lenti