Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir T.Konyayeva/
Rumıniya "Nabucco" qaz kəməri layihəsinin gələcəyinə nikbin baxır. Bunu cümə günü Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, NATO-nun ölkədəki nümayəndəsi Nikolaye Urke səfirlərlə keçirilən müntəzəm görüşlər çərçivəsində Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunmuş görüş zamanı deyib. "Nabucco" layihəsi qazın Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə nəqlini nəzərdə tutur.
"Nabucco" alternativ qaz mənbəyi kimi çox mühüm layihədir", - Ureke deyib.
Bununla belə, səfirin sözlərinə görə, bu layihənin maliyyələşdirilməsi onun reallaşmasında ciddi problemdir. Ureke deyib ki, bir neçə bank layihəni maliyyələşdirmək istəyində olduğunu bildirib.
Rumıniyanın "Transgaz" şirkəti "Nabucco" layihəsinin altı səhmdarından biridir. "Nabucco" layihəsinin dəyəri 7,9 milyard avro təşkil edir. Kəmərin çəkilişinə başlanılması 2011-ci ildə nəzərdə tutulub. Layihənin digər iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.