...

Martda Gürcüstan SES-də hasil olunan enerji rekord həddə çatıb

Energetika Materials 4 May 2010 17:21 (UTC +04:00)
Bu ilin mart ayında Gürcüstanın su elektrik stansiyalarında (SES) hasil olunan ümumi enerjinin həcmi 857 milyon kilovat-saat təşkil edib.
Martda Gürcüstan SES-də hasil olunan enerji rekord həddə çatıb

Gürcüstan, Tbilisi, 4 may /Trend, müxbir N.Kirsxaliya/

Bu ilin mart ayında Gürcüstanın su elektrik stansiyalarında (SES) hasil olunan ümumi enerjinin həcmi 857 milyon kilovat-saat təşkil edib.

Gürcüstan hökumətinin verdiyi məlumata əsasən, hazırkı həcm bu günə qədər qeydə alınan göstəricilər arasında rekord hesab edilir və 7,23 faiz artıb (2008-ci ilin may ayı - 799 milyon kilovat-saat)

Gürcüstanda müəssisələrə sərf olunan elektrik enerjisinin səviyyəsi 2010-cu ilin birinci rübündə ötən illə müqayisədə 7,3 faiz, 2008-ci illə müqayisədə isə 10,4 faiz artıb.

Cari ilin mart ayında bütövlükdə elektrik enerjisinin istehlakı ötən illə müqayisədə 22,7 faiz, 2008-ci ilin mart ayı ilə müqayisədə isə 14,9 faiz artıb.

Xəbər lenti

Xəbər lenti