...

İlin birinci rübündə "Şahdəniz" yatağından 2 milyard kubmetrə yaxın qaz hasil edilib

Energetika Materials 6 May 2010 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend/

Yanvar-mart aylarında Azərbaycanın qaz-kondensat yatağı "Şahdəniz"dən 2 milyard kubmetrə yaxın qaz və 540 min ton (4,3 milyon barel) kondensat hasil edilib. Bu barədə ВР şirkətinin (yatağın işlənməsi operatoru) hesabatında deyilir.

Cari ilin proqnozlarına görə, "Şahdəniz" yatağından 7,6 milyard kubmetr qaz və 2,01 milyon ton (16 milyon barel) kondensat hasil edilməsi planlaşdırılır.

Yanvar-mart aylarında layihə üzrə əməliyyat xərcləri 42,8 milyon dollar, əsaslı xərclər 75 milyon dollar təşkil edib. Bu il layihə çərçivəsində əməliyyat xərcləri 177,8 milyon dollar, əsaslı xərclər isə 604,8 milyon dollar olacaq.

2009-cu ildə "Şahdəniz" yatağından qaz hasilatı 6,2 milyard kubmetr qaz (sutkada orta hesabla 16,9 milyon kubmetr) və 1,7 milyon ton kondensat hasil edilib. Proqnozlar üzrə bu rəqəm 7,5 milyard kubmetr qaz və 1,9 milyon ton kondensat olub. 2006-cı ildən ("Şahdəniz"də hasilata başlanandan) bu ilin birinci rübünün sonunadək dünya bazarlarına 39,34 milyon barel (4,98 milyon tona yaxın) kondensat göndərilib.

Hazırda yataqda dörd quyu istismar olunur. Fevralda daha bir quyunun qazılmasına başlanılıb. Həmçinin üçüncü rübdə SDA-04 quyusunda bir nüçə yoxlama əməliyyatının keçirilməsi planlaşdırılır. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz.

Xəbər lenti

Xəbər lenti