...

Birinci rübdə Bakıda 2,4 milyard kilovat-saat elektrik enerjisi satılıb

Energetika Materials 8 May 2010 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerjisi istehsalçısı və paylayıcısı) yanvar-mart aylarında istehsal etdiyi 5,3 milyard kilovat-saat elektrik enerjisindən 4,8 milyard kilovat-saatı satılıb. Bu barədə SC-nin ilin birinci rübünün yekunları üzrə hesabatında deyilir.

Yanvar-mart aylarında satılan elektrik enerjisinin ümumi həcmindən 2,4 milyard kilovat-saat (49,8 faiz) Bakı şəhərinin payına düşür; 0,1 milyard kilovat-saat Naxçıvanda satılıb, yerdə qalan 2,3 milyard kilovat-saat isə (48,6 faiz) Sumqayıtda və respublikanın digər regionlarında realizə olunub, - sənəddə belə deyilir.

Hazırda Azərbaycandakı enerji sisteminin tərkibinə 13 istilik və altı su-elektrik stansiyası daxildir. Onların ümumi istehsal gücü 6 400 meqavat təşkil edir. Ölkədə istehsal olunan elektrik enerjisinin 90 faizə yaxını istilik-elektrik stansiyalarının, yerdə qalan hissəsi isə su-elektrik stansiyalarının payına düşür.

Yanvar-mart aylarında istehsal olunan elektrik enerjisinin ümumi həcmində istilik-elektrik stansiyalarının payı 4,4 milyard kilovat-saat, su-elektrik stansiyalarının payı isə 0,9 milyard kilovat-saat təşkil edir.

Xəbər lenti

Xəbər lenti