...

Azərbaycan enerji ehtiyatlarını dünya bazarlarına çatdıran mühüm və etibarlı təchizatçıya çevrilmişdir – Hillari Klinton

Energetika Materials 1 İyun 2010 13:23 (UTC +04:00)
Azərbaycan enerji ehtiyatlarını dünya bazarlarına çatdıran mühüm və etibarlı təchizatçıya çevrilmişdir, - bu barədə ABŞ dövlət katibinin "Avrasiya" enerji məsələləri üzrə xüsusi nümayəndəsi səfir Riçard L. Morninqstar bu gün səhər 17-ci beynəlxalq "Xəzər neft və qaz" konfransının açılış mərasimində dövlət katibi Hillari Klinton tərəfindən ünvanlanmış məktubu oxuyarkən bildirib
Azərbaycan enerji ehtiyatlarını dünya bazarlarına çatdıran  mühüm və etibarlı təchizatçıya çevrilmişdir – Hillari Klinton

Azərbaycan, Bakı, 1 iyun / Trend, müxbir N.İsmayılova/

Azərbaycan enerji ehtiyatlarını dünya bazarlarına çatdıran mühüm və etibarlı təchizatçıya çevrilmişdir, - bu barədə ABŞ dövlət katibinin "Avrasiya" enerji məsələləri üzrə xüsusi nümayəndəsi səfir Riçard L. Morninqstar bu gün səhər 17-ci beynəlxalq "Xəzər neft və qaz" konfransının açılış mərasimində dövlət katibi Hillari Klinton tərəfindən ünvanlanmış məktubu oxuyarkən bildirib.

"Enerji ehtiyatlarının inkişafına təkan verən Azərbaycan, Birləşmiş Ştatlar timsalında güclü tərəfdaş tapacaq", - məktubda bildirilir.

Məktubda qeyd olunur ki, Azərbaycan bölgədəki qonşu dövlətlərlə, o cümlədən, Gürcüstan və Türkiyə ilə sıx işləyərək, Şərq-Qərb enerji dəhlizinin inkişafında uğur qazanıb. Sözügedən dəhlizə Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərləri də daxildir. Bu kəmərlər əməkdaşlıq və öhdəlik sayəsində əldə oluna biləcək yüksək zirvənin təzahürüdür.

"ABŞ bu vacib layihələrin həyata keçməsində Azərbaycanın tərəfdaşı olmaqla fəxr edir. Xüsusilə yaxın gələcəkdə qaz ehtiyatlarının Avropaya nəqlini nəzərdə tutan Cənub dəhlizinin reallaşmasında Azərbaycanın davamlı liderliyinə ümid bağlayırıq", - məktubda qeyd olunur.

Beynəlxalq "Xəzər neft və qaz konfransı"nın" təşkilatçısı "İteca" şirkətidir.

Xəbər lenti

Xəbər lenti