...

Türkmənistan birja satışına 270 min tondan çox neft məhsulu çıxarıb

Energetika Materials 11 İyun 2010 16:47 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 11 iyun /Trend, müxbir H.Həsənov/

Türkmənistan dövlət məhsul-xammal birjasında Türkmənbaşı NEZ, Seydi NEZ və Naip Qaz Emalı Kompleksinin istehsalı olan 270 min tondan çox neft məhsulunu satışa çıxarıb. Müxtəlif istiqamətlərdə boşalma ilə birjada 102 min ton maye qaz, 50 min ton mazut, 30 min ton kerosin, 2 min ton polipropilen, 70 min ton avtobenzin (A-92 və A-80 markalı), 20 min ton birbaşa qovulmuş benzin (nafta) satışa çıxarılıb.

Keçən həftə hərraclarda 18 sövdələşmə qeydə alınıb.

İran, Türkiyə və Virciniya adaları Tükmənbaşıdakı Neft Emalı Zavodunda istehsal edilmiş avtobenzin və aviasiya kerosinini ədə ediblər. Naip terminalından olan maye qazı Əfqanıstan alıb.

Ənənəvi olaraq əsas alıcılar Böyük Britaniya, BƏƏ, İsveçrə, Niderland, Rusiya, Qazaxıstan və b. ölkələrdən olan iş adamlarıdır.

Məhsul-xammal birjası Türkmənistanda ixrac-idxal əməliyyatlarının dövlət tərəfindən nizamlanması üzrə baş orqanın funksiyalarını yerinə yetirir.

Xəbər lenti

Xəbər lenti